Füzuli sakinləri 30 ildən sonra Füzulinin işğaldan azad olunmasını sevinclə qarşılayıblar.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Füzuli sakinləri Horadiz qəsəbəsinin mərkəzinə axışaraq, Füzuli şəhərinin işğaldan azad olunması münasibətilə bayram ab-havası yaradıblar.
Bununla yanaşı, Füzuli Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi tərəfindən aksiya keçirilib.
Aksiya çərçivəsində Müdafiə Nazirliyinə məxsus zirehli maşınlarda olan səsgücləndiricilər vasitəsilə Füzulinin və daha bir neçə kəndin düşməndən azad olunması xəbəri əhaliyə çatdırılıb.
Rauf Nəsirov