
Bakı.Trend:
Qazaxıstanın Energetika Nazirliyi ölkənin 2030-cu
ilədək neft məhsulları ilə özünü tam təmin etməsini və onları ixrac
etməsini planlaşdırır.
TASS-ın məlumatına görə, bu barədə Qazaxıstanın
energetika naziri Yerlan Akkenjenov parlamentdə çıxışı zamanı
bildirib.
“Ümumilikdə, 2030-cu ildə Qazaxıstanın nəinki özünü
tam təmin edəcəyi, həm də ixrac potensialına çatacağı və hazır neft
məhsullarını Mərkəzi Asiya ölkələrinə ixrac edəcəyi gözlənilir”, –
deyə Akkenjenov bildirib.
O xatırladıb ki, hazırda ölkəsində üç iri neft emalı
zavodu – Atırau, Şımkent və Pavlodar neft emalı zavodları fəaliyyət
göstərir.
“Ötən il 18,4 milyon ton neft emal etdik və təxminən
15,5 milyon ton hazır neft məhsulu əldə etdik. Bu, hazırda daxili
tələbatımızın 90 faizdən çoxunu ödəyir”, – deyə Akkenjenov
bildirib.

