İtkin düşmüş şəxslər gələcək qarşısındakı məsuliyyətimizdir – Bosniyalı nazir

Baş səhifə

Bakı.Trend:

İtkin düşənlər məsələsi keçmişin məsələsi deyil. Bu insan
hüquqları, ləyaqət və gələcəyimiz qarşısındakı məsuliyyətimiz
məsələsidir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Bosniya və
Herseqovinanın İnsan Hüquqları və Qaçqınlar üzrə naziri Sevlid
Hurtiç çərşənbə günü İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu
çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın
gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi”
mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı
deyib.

O qeyd edib ki, ailələrin itkin düşmüş əzizlərinin taleyini
öyrənmək hüququ humanitar fəaliyyətimizin əsas prinsiplərindən biri
olmalıdır.

“Bu hüquq siyasi şəraitdən, zamanın keçməsindən, dövlətlərarası
sərhədlərdən və ya fərdlərin maraqlarından asılı olmamalıdır. Bunun
köhnəlmə müddəti yoxdur. Ailənin axtarışı dayandırmalı olduğu bir
tarix yoxdur. İnsanın hüququ olan həqiqəti əvəz edə biləcək heç bir
siyasi şərait yoxdur. Buna görə də itkin düşənlər məsələsi gündəlik
siyasətdən, ayrı-seçkilikdən və hər hansı siyasi maraqlardan üstün
olmalıdır. Biz itkin düşmüş insanı axtararkən “bizimkini” və ya “onlarınkını” axtarmırıq biz insan axtarırıq.

Təcrübəmiz göstərdi ki, təsisatlararası əməkdaşlıq, beynəlxalq
dəstək, məhkəmə-tibbi (forensik) üsullar, DNT analizi, məlumat
mübadiləsi və ən əsası heç bir iz qalmadığı göründükdə belə
axtarışı davam etdirmək əzmi nə qədər vacibdir. Lakin texnologiya
təkbaşına kifayət deyil.

Nazir vurğulayıb ki, etibar olmadan tam əməkdaşlıq ola
bilməz.




“Əməkdaşlıq olmadan məlumat mübadiləsi olmaz. Məlumat olmadan
yeni izlər tapılmaz. Yeni izlər olmadıqda isə ailələr
qeyri-müəyyənlik içində qalmağa davam edər”,- deyə o əlavə
edib.

Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş
tutur.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq
təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri,
itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər,
qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları
sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş
xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər
iştirak edir.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər
arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı
və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun
təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran,
həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların
tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin
formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir