Estoniyada sovet tankına ucaldılmış abidə söküldü – FOTO/VİDEO

Dünya

Estoniyada sovet tankının şərəfinə ucaldılmış abidə sökülüb.  

Söhbət Narva şəhərində quraşdırılmış T-34 tankından gedir. Abidə postamentdən götürülüb və Viymsi şəhərində yerləşən Estoniya Müharibə Muzeyinə köçürüləcək.

Köçürmənin təhlükəsizliyini təmin etmək üçün Narva-Yıesuu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Mənbə: UNİAN “Telegram”

www.102info.az