Britaniya kəşfiyyatı Krımdakı vəziyyəti dəyərləndirib

Dünya

Krımda baş verən partlayışlar Rusiya üçün təhlükəsizlik vəziyyətini pisləşdirib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya və Ukrayna rəsmiləri avqustun 16-da Krımın şimalında, Cankoy yaxınlığında sursat anbarının partladığını etiraf ediblər. Orada yaxınlıqdakı dəmiryolu və elektrik yarımstansiyası da zədələnib. Bundan əlavə, Rusiya KİV-in yazdığına görə, Krımın mərkəzindəki Qvardeyskidəki aviabazanın yaxınlığında tüstü qalxıb.

Kəşfiyyat məlumatlarına görə, Rusiyanın Krımdakı ən mühüm hərbi aerodromlarından ikisi Cankoy və Qvardeyskidə yerləşir. Cankoy həm də Rusiyanın Ukraynanın cənubundakı əməliyyatlarının təchizatında mühüm rol oynayan əsas avtomobil və dəmiryolu qovşağıdır.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, bu insidentlərin səbəbi və dəymiş ziyanın miqyası hələ aydın deyil, lakin Rusiya komandanlığı arxa cəbhə rolunu oynayan Krımda təhlükəsizlik vəziyyətinin aşkar pisləşməsindən getdikcə daha çox narahat olacaq.

Xatırladaq ki, ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında bildirilir ki, avqustun 16-da Krımın Cankoy rayonunda Rusiya hərbi obyektlərində baş verən partlayışlar xeyli ziyan vurub və Rusiya ordusunun təchizatını ciddi şəkildə pozub.

Mənbə: Korrespondent.net

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir