UNEC-in 3 alimi dünyanın TOP 2 faiz alimləri siyahısında

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Stanford Universitetinin 2026-cı il üzrə dünyanın ən
yaxşı 2 faiz alimlərini əhatə edən “World’s Top 2% Scientists”
siyahısı açıqlanıb.

Dünya alimlərinin elmi fəaliyyətinin qiymətləndirilməsi
məqsədilə hazırlanan siyahıda UNEC-in 3 alimi də yer alıb.

Siyahıya əsasən, UNEC-in “Mühəndislik və tətbiqi elmlər”
kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin
tədqiqatçısı, tədqiqatçı müəllim, dosent Tural Nağıyev və UNEC
İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçısı, dosent Mustafa
Tevfik Kartal növbəti dəfə dünyanın TOP 2 faiz alimləri sırasında
yer alıblar.




Bu ildən etibarən siyahıya UNEC Türk Dünyası İqtisadi
Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı müəllim,
ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyev də daxil
olub.

Reytinq dünyanın aparıcı akademik nəşriyyatlarından biri olan
“Elsevier”in Scopus bazasının əvvəlki il üzrə məlumatları əsasında
hazırlanır. Siyahıya daxil ediləcək alimlərin ilkin seçimində
“Scopus” bazasında ən azı 5 məqaləsi indeksləşən tədqiqatçılar
nəzərə alınır. Sonrakı mərhələdə isə alimlərin elmi fəaliyyətinin
müxtəlif göstəriciləri, o cümlədən ümumi istinad sayı, özünə
istinadlar çıxılmaqla istinad sayı, h-indeksi, hm-indeksi və digər
meyarlar əsasında qiymətləndirmə aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir