Daha bir erməni hərbçi intihar edib

Baş səhifə

Ermənistan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçən hərbçi odlu silah yarasından ölüb.

Modern.az xəbər verir ki, bu barədə “İşxanutyun” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. Ölən hərbçi Masis bölgəsinin kəndlərindən birinin sakini olub.

İlkin məlumatlarda hadisənin intihar olduğu ehtimal edilir. Nəşr məlumatın başqa bir etibarlı mənbə tərəfindən də təsdiqləndiyini bildirib.

“İşxanutyun” Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir