Mərakeşin mərkəzindəki Xuribqa şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər ölüb, 32 nəfər yaralanıb.
Ölənlər arasında uşaqlar da var.
Yaralananların əksəriyyətində müxtəlif dərəcəli sınıqlar müşahidə olunub.
Məlumata görə, avtobus Xuribqa və Fkih Ben Salah marşrutu üzrə hərəkət edib.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə Jandarma və Mülki Müdafiə qüvvələrini səfərbər edilib.
Yaralılar Xuribqadakı II Həsən Regional Xəstəxanasına, həlak olanların cəsədləri isə meyitxanaya təhvil verilib.
Mənbə: lenta.ru
www.102info.az