Xarkovda yaşayış binasına dron hücumu olub, xəsarət alanların sayı 11-ə çatıb

Baş səhifə

Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına dron hücumu nəticəsində 11 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kiyev rayonunda yerləşən binanın bir girişində 7-ci, 8-ci və 9-cu mərtəbələr dağılıb. Hadisə yerində yanğın baş verib, axtarış-xilasetmə işləri davam etdirilir.

Xarkov meri İqor Terexov şəhərin Kiyev rayonunda daha bir neçə zərbənin qeydə alındığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir