İstirahət üçün üz tutduğumuz Dənizkənarı Milli Park ərazisində sakinlərin kefinə və istirahətinə soğan doğrayanların sayı artıb. Belə ki, bu günə kimi insanlar bulvarda velosiped istifadəçilərinin təhlükəli hərəkətlərindən gileylənirdilər. İndi isə gəzinti üçün bir çoxlarının sevimli ünvanı olan bulvarda skuter istifadəçiləri sakinlərə qorxulu anlar yaşadırlar. Onların sürətli hərəkəti həm uşaqlar, həm də yaşlılar üçün ciddi təhlükədir.
Skuter istifadəçiləri isə tamamilə əks fikirdədirlər. İddia edirlər ki, sakinlər də onlar üçün ayrılmış zolaqda hərəkət edərək onların istirahətinə mane olurlar. Sözügedən parkda xüsusi nişan və işarələrin olmasına baxmayaraq, buna məhəl qoyan yoxdur. Qaydaları pozanlara qarşı heç bir cəza tədbiri görülmür. Bu zaman isə sual yaranır. Xoşagəlməz vəziyyət və ya qəza baş verərsə, buna görə kim məsuliyyət daşıyır?
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az