Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Tokioda keçirilən görüşdə “Microsoft”un qurucusu Bill Geytsə birinci dərəcəli “Doğan Günəş” ordenini təqdim edib. O, inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinin gücləndirilməsinə kömək etdiyinə görə bu mükafata layiq görülüb.
Məlumata görə, Yaponiya Xarici İşlər Nazirliyi 2020-ci ilin aprelində Geytsin ordenlə təltif edildiyini elan edib, lakin o zaman amerikalı iş adamı COVID-19 pandemiyası səbəbindən mükafatını ala bilməyib.
Mənbə: Fuji TV
www.102info.az