“Bir millət, iki dövlət” prinsipinin mahiyyətini təhrif etmək olmaz – Türkiyəyə ÇAĞIRIŞ

Baş səhifə

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki
dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və
siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin
təhrif edilməsinə yol vermək olmaz.

Bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə
Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət
və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən
Azərbaycanla bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd
edilib.

Qeyd olunub ki, burada söhbət məhz bir millətdən və iki müstəqil
dövlətdən gedir.

“Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə
müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə
qəbul etdirməsinə əsas vermir”.

Partiyanın açıqlamasında Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyətinə qarşı
ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və
iftira xarakterli fikirlərin də Azərbaycan ictimaiyyətində haqlı
hiddət doğurduğu da əlavə edilib.

Xatırladaq ki, Oktay Saral sosial media səhifəsində
Azərbaycandakı vahid geyim forması ilə bağlı qərarla bağlı qərəzli
paylaşım etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir