
Bakı.Trend:
Kiyev Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbəsi ilə
bağlı Qərb tərəfdaşlarından öncədən xəbərdarlıq almayıb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında
bildirib.
“Ballistik raketlərlə Kiyevə zərbə də endirildi — mülki
infrastruktura beş raket düşdü. Təəssüf ki, bu zərbə ilə bağlı
tərəfdaşlarımızdan xəbərdarlıq almamışdıq”, – deyə Zelenski
bildirib.
Onun sözlərinə görə, ballistik raket buraxılışları barədə
kəşfiyyat məlumatları əhalinin müdafiəsi baxımından həyati
əhəmiyyət daşıyır.
“Ballistik raketlərin buraxılması ilə bağlı kəşfiyyat
məlumatları insanların həyatını xilas etməyə kömək edir və bu, ən
kritik məsələlərdən biridir”, – Ukrayna Prezidenti vurğulayıb.

