Belqorod vilayətinin Valuyski şəhər rayonunun Timonova kəndi yaxınlığında – silah-sursat anbarı yanıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Rayon rəhbəri sakinlərin təhlükəsiz məsafəyə aparıldığını bildirib.
Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
Mənbə: mk.ru
www.102info.az