Korsika adasında güclü tufan itkilərə səbəb oldu: Ölənlər və yaralananlar var – VİDEO

Dünya

Fransanın Korsika adasında güclü külək və leysan yağışlar itkilərə səbəb olub. Adanın iki sakini ölüb, 12 sakin yaralanıb.

Bu barədə Cənubi Korsika Departamentinin prefekturasından məlumat verilib.

“Cənubi Korsikada bu səhər [cümə axşamı] şiddətli tufan qopub. İlkin məlumatlara görə, 72 yaşlı qadın və 13 yaşlı qızcığaz ölüb. 12 zərərçəkənin vəziyyəti ağırdır”, – deyə prefekturanın “Twitter” hesabında bildirilib.

Qeyd olunub ki, əmlaka ciddi ziyan dəyib, idarənin şimal hissəsində nəqliyyatın hərəkəti pozulub.

Ölənlərdən biri düşərgədə evin üzərinə ağacın aşması nəticəsində dünyasını dəyişib. Daha bir nəfər ağır yaralanıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir