Amerikalı qadın saçını 33 metr uzunluğunda uzadıb. Bu nailiyyət ona əvvəlki rekordunu qırmağa imkan verib.
Floridadan olan 60 yaşlı Aşa Mandela 2009-cu ildə dünyanın ən uzun saçının sahibi kimi “Ginnesin Rekordlar Kitabına” düşüb. O, zaman xanımın saçlarının uzunluğu altı metr olub.
Bu yaxınlarda qadın yenidən media məkanında peyda olub və öz nailiyyətini geridə qoyduğunu söyləyib.
Aşanın sözlərinə görə, indi onun saçının uzunluğu 33 metrdir.
Saçlarını həftədə bir dəfə tam şəkildə yumaq üçün Aşa altı şüşə şampun sərf edir və iki günlük qurutma prosesindən keçir.
Mənbə: gazeta.ru
www.102info.az