İsraildə ABŞ şirkətinə məxsus zavodda partlayış – zərərçəkənlər var

Baş səhifə

Bakı.Trend:

İsrailin cənubundakı Kiryat-Qat şəhərində ABŞ-nin “Intel”
korporasiyasına məxsus zavodda baş verən partlayış nəticəsində üç
nəfər xəsarət alıb.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

Bildirilib ki, binanın üzərində qara tüstü görünür. Hadisə
yerində təhlükəli maddələrlə işləyən mütəxəssislər də daxil
olmaqla, səkkiz yanğınsöndürmə briqadası fəaliyyət göstərir.




Qeyd olunur ki, xəsarət alan üç nəfər müalicə üçün xəstəxanaya
çatdırılıb.

Digər təfərrüatlar hələlik məlum deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir