Rusiyada internetə daxil olmaq çətinləşib – Kremldə müşavirə keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 14-də Rusiyanın müxtəlif regionlarında internet
xidmətlərinin, bank tətbiqlərinin və mobil operatorların
saytlarının işində genişmiqyaslı fasilələr yaranıb.

“Detector.404” və “DownDetector” portallarının məlumatına görə,
istifadəçilər “Mail.ru”, “Ozon”, “Toçka Bank”, “Alfa-Bank”,
“Yandeks” xidmətləri, eləcə də “Bilayn”, MTS, “Meqafon” və “Tele2”
mobil operatorlarının işində problemlərlə üzləşiblər. Şikayətlər
əsasən Moskva, Sankt-Peterburq, Moskva, Leninqrad və Samara
vilayətlərindən daxil olub.

Nasazlıqlar səhifələrin yüklənməsinə, şəxsi kabinetlərə girişə,
elektron poçt göndərilməsinə və ödənişlərin həyata keçirilməsinə
təsir edib. Problemlərin səbəbi açıqlanmayıb.




Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də
informasiya təhlükəsizliyi məsələlərinə dair müşavirə keçirəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə,
görüşdə iqtisadiyyatın əsas sektorlarının informasiya
təhlükəsizliyinə təhdidlərə hazırlığı və risklərin azaldılması
tədbirləri müzakirə olunacaq.

Peskov müşavirənin məlumat mərkəzlərinə edilən hücumlarla bağlı
olmadığını, daha sistemli xarakter daşıdığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir