Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Ermənistanın nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir real istək nümayiş etdirməməsi ilə bağlı danışarkən bildirib ki, bundan Azərbaycan yox, erməni ictimaiyyəti narahat olmalıdır.
Bu barədə o, Oxu.Az-a müsahibəsində deyib:
“Bu, Bakını narahat etməməlidir. Qoy Azərbaycan, Rusiya və digər maraqlı dövlətlər öz iqtisadiyyatlarını inkişaf etdirsinlər, əsas vəzifə budur. Əgər, məsələn, İrəvan birgə və sərfəli layihələrdə iştirak etmək istəmirsə, onda nə etməli? Hər şey məğlub Ermənistandan yan keçməklə baş tutacaq. Ona görə də, bundan Azərbaycan yox, erməni ictimaiyyəti narahat olmalıdır.
Əgər Ermənistanda irəliyə doğru hərəkəti revanşizm əngəlləyirsə, qoy istədiklərini etsinlər. Ancaq onun yanında nəinki inkişafa davam edəcək, həm də dünyanın digər ölkələri, o cümlədən Rusiya ilə sıx əlaqədə olacaq Azərbaycan və Türkiyə var.
Ermənistan Rusiyanın müttəfiqidir, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində də. Amma İrəvan əməkdaşlığa yox, Moskvadan yardım almağa köklənib. Rusiya isə həmişə kömək etməyəcək. İndi bütün beynəlxalq münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin institusional dizaynı dəyişir. Amma Ermənistanda nədənsə buna əhəmiyyət vermirlər.
Amma Azərbaycan və Türkiyə başa düşürlər ki, Qərbin olmadığı yeni iqtisadi birliklərdə və modellərdə qarşılıqlı faydalı əsaslarla iştirak etmək lazımdır. Ermənistanda isə iqtisadi yardıma (Rusiya Federasiyasından – red.) öyrəşiblər, qisas almaqdan danışırlar, amma bunlar boş şeylərdir.
Nair Əliyev
www.RIA24.az