Ermənistanda meriya binasına qumbara ilə hücum olub

Dünya

Əlində qumbara olan naməlum şəxs Ermənistanın Masis şəhərinin meriyası binasına daxil olub.

Hadisə şahidlərinin sosial şəbəkələrdə verdiyi məlumata görə, həmin şəxs binaya soxularaq meriyanın ofisindən qumbara atıb. 

Hazırda ərazi polis tərəfindən mühasirəyə alınıb.

Masis meriyasına girən vətəndaşın sərxoş olduğu iddia edilir.

“O, binaya soxulduqdan sonra partlayış olub. Xoşbəxtlikdən otaqda heç bir işçi olmayıb, meriyanın mühafizəçisi də xəsarət almayıb”, – deyə Masis şəhərinin vitse-meri Norayr Akopyan bildirib.

Onun sözlərinə görə, hücum edən şəxsdə başqa qumbara da ola bilər.

Norayr Akopyan qeyd edib ki, vətəndaş heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil, şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hazırda partlayış və ya atəş səsləri eşidilmir.

Hadisə yerində polis və xüsusi təyinatlılar var.

Mənbə: Sputnik.Armenia

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir