
Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar
səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə
görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.
Məlumata görə, görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin
cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən
proseslər müzakirə olunub.
Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin
nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

