“Əjdaha evi”nin ulduzu çəkilişlər zamanı başından qılıncla yaralanıb – FOTO/VİDEO

Mədəniyyət

“Əjdaha evi” (“House of the Dragon”) serialında Deymon Tarqarien obrazını canlandıran amerikalı aktyor Mett Smit çəkiliş zamanı qılıncla başından yaralanıb. Bu barədə aktyorun özü danışıb.

Onun sözlərinə görə, hadisə döyüş səhnəsini məşq edərkən baş verib.

Yara dərin olmayıb – qılınc Mettin sadəcə baş dərisini zədələyib. Ancaq damarların spesifik yerləşməsinə görə “cızıq” qanaxmaya səbəb olub və ətrafdakıları qorxudub. Çəkiliş qrupunun üzvləri gördükləri mənzərədən şoka düşsələr də, dərhal ona kömək etməyə çalışıblar.

Qeyd edək ki, “Əjdaha evi”nin premyerası avqustun 21-nə təyin olunub. Filmin hadisələri “Taxt-Tac Oyunları” (“Game of Thrones”) hadisələrindən 200 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vestorasda hakimiyyət dövrünü göstərəcək.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir