
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2
faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon
279 min 796 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd
sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil
edir.
Qeyd olunub ki, 1 oktyabr tarixədək işğaldan azad edilmiş
ərazilərə 40520 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla
da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və
təhsil alan şəxslərin ümumi sayı 96068 nəfər təşkil edib.

