Cəlilabadda 16 yaşlı qız qaçırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Hadisənin bir neçə gün əvvəl Hamarqışlaq kəndində qeydə alındığı bildirilib.
Məlumata görə, qız anası və balaca qardaşı ilə bərabər babasıgilə gedərkən yolla keçən Rusiya nömrəli maşın onların qarşısını kəsib. Daha sonra avtomobildən 4 kişi və bir qadın düşüb. Qadın yeniyetmənin anasını tutub, kişilər isə qızı maşına mindiriblər.
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə də məsələyə münasibət bildirib:
“16 yaşlı qız qoşulub qaçıb. Polis gedib onu evinə gətirib. Uşaq dediyimiz bu qız isə izahat yazıb ki, özüm ərə getmişəm. İcra hakimiyyəti də bunu əlində əsas tutur. Yəni bu yeniyetmə özü gedib deyə, 16 yaşın üstünə 2 yaş da gəlmək lazımdır? Cəlilabad Rayon İcra Hakimiyyəti yolunu bilmirsinizsə, deyək: Uşaq ailədən çıxarılmalı, psixodiaqnostika aparılmalı və komissiyanın qərarı ilə müəssisəyə yerləşdirilməlidir. 18 yaşadək belə bir şeyi etmək qanunsuzdur”.
www.102info.az