
Bakı. Trend:
İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan
iş adamı Adnan Əhmədzadənin həbs müddəti daha 6 ay artırılıb.
Səbail Rayon Məhkəməsi ibtidai istintaq müddətinin uzadılması
ilə əlaqədar prokurorun və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
müstəntiqinin vəsatətini təmin edib.
Qeyd edək ki, Adnan Əhmədzadə 2025-ci ilin sentyabrında həbs
olunub. O, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi
üzrə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli
miqdarda mənimsəmə əməllərində ittiham olunur.

