Kadırovun oğlu silahlı bölmə yaradıb

Baş səhifə

Bakı.Trend:

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov “K-13
Komandası” adlı silahlı bölmə yaradıb.

Bu barədə “Komanda_k13”adlı “Instagram” hesabında məlumat
verilib.

Dərc olunan fotoda Adam Kadırov silahlı və döyüş geyimində olan
18 kişinin əhatəsində poz verib.




Şəkillərdəki qeydlərə əsasən, bölməyə Çeçenistanın
yüksəkvəzifəli rəsmilərinin qohumları da daxil olub. Onların
arasında respublikanın baş naziri Maqomed Daudovun oğlu Ramzan və
baş nazirin müavini Abuzayd Vismuradovun qardaşı oğlu Axmat da
var.

Paylaşımda komanda nizam-intizam, məsuliyyət və işə sədaqət
prinsiplərini rəhbər tutan şəxslərin birliyi kimi xarakterizə
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir