Dünyada istixana qazı emissiyaları 0,7% artıb, Azərbaycanda 1,4% azalıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 2025-ci ildə istixana qazı emissiyalarını əvvəlki
illə müqayisədə azaldıb.

Avropa Komissiyasının Qlobal Atmosfer Tədqiqatları üzrə
Emissiyalar Məlumat Bazası (EDGAR) tərəfindən hazırlanmış 2026-cı
il hesabatına əsasən, ölkənin ümumi emissiyaları 2024-cü ildəki
58,52 milyon tondan 2025-ci ildə 57,72 milyon ton CO₂ ekvivalentinə
düşüb. Beləliklə, azalma 0,8 milyon ton və ya təxminən 1,4 faiz
təşkil edib.

Hesabatda Azərbaycanın dünya üzrə ümumi istixana qazı
emissiyalarındakı payı 0,11 faiz göstərilir və 2024-cü illə
müqayisədə azalıb. Bu nəticə qlobal emissiyaların 2025-ci ildə 0,7
faiz artaraq 54,15 milyard tona çatdığı bir şəraitdə qeydə
alınıb.

Azərbaycan region ölkələri ilə müqayisədə EDGAR-ın 2026-cı il
hesabatında 2025-ci il üzrə göstərilən ümumi istixana qazı
emissiyalarının həcmi belədir:




Rusiya: 2,57 milyard ton – dünya emissiyalarının 4,75 faizi;
İran: 1,12 milyard ton – 2,07 faiz;
Türkiyə: 610,78 milyon ton – 1,13 faiz;
Azərbaycan: 57,72 milyon ton – 0,11 faiz;

Hesabata görə, 2025-ci ildə ən böyük istixana qazı emissiyası
Çində qeydə alınıb. Ölkənin emissiyaları 15,98 milyard ton CO₂
ekvivalenti və ya dünya üzrə ümumi həcmin 29,51 faizi olub.

ABŞ 6,02 milyard tonla dünya emissiyalarının 11,11 faizini,
Hindistan isə 4,51 milyard tonla 8,33 faizini təşkil edib.

Beləliklə, qlobal göstəricilərin yüksəldiyi dövrdə Azərbaycanın
2025-ci ildə emissiyalarını azaltması ölkəmizin könüllü üzərinə
götürdüyü ekoloji öhdəliklərə sadiqliyinin daha bir
nümunəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir