
Bakı.Trend:
Ukraynanın NATO-ya üzv olmalı olduğunu düşünmürəm.
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “2WAY” portalına
müsahibəsində bildirib.
“Bildiyim qədəri ilə, bizim Ukrayna ilə rəsmi müttəfiqlik
sazişimiz yoxdur. Ukrayna NATO-ya daxil deyil. Mən onun NATO-ya üzv
olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu, heyrətamiz
ölkədir, çoxsaylı gözəl insanların yaşadığı möhtəşəm ölkədir. Biz
bəzi məsələlərdə əməkdaşlıq edəcəyik, lakin müəyyən məsələlərdə
mövqelərimiz fərqlənəcək”.
Maraqların ziddiyyətinə nümunə kimi o, Ukraynanın Rusiyadakı
neft emalı zavodlarına endirdiyi zərbələri göstərib:
“Bəs, onların Rusiya ərazisində dizel yanacağının istehsalı ilə
məşğul olan və nəticədə amerikalılar üçün enerji qiymətlərinin
artmasına səbəb olan obyektlərə zərbələr endirməli olduqlarını
hesab edirəmmi? Xeyr”.
Bununla yanaşı, vitse-prezident vurğulayıb ki, Vaşinqton bir
sıra istiqamətlər üzrə Kiyevlə əməkdaşlığı davam etdirir.
Xatırladaq ki, NATO 1949-cu ildə yaradılıb. Hazırda hərbi blokun
32 üzvü var.

