Bakıda iki prokurorun yeri dəyişdirildi

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu
vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru
vəzifəsinə təyin edilib.

Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Baş
prokuror Kamran Əliyev müvafiq əmrləri imzalayıb.




Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov
tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru
vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər
prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon
prokuroru vəzifəsinə təyin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir