Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq

Baş səhifə

Türkiyə sərhədlərinin təhlükəsizliyi təmin olunana qədər Suriya və İraqdakı hərbi mövcudluğunu saxlayacaq.

Modern.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər AFP agentliyinin sualına yazılı cavabında bu barədə bildirib.

“İraq və Suriyada hərbi mövcudluğumuzu qoruyuruq. Regional təhlükəsizlik və sərhədlərimizin təhlükəsizliyi baxımından zəruri şərtlərin yerinə yetirildiyi qənaətinə gəldikdə, bazalarımızın və bölgədəki hərbi mövcudluğumuzun statusuna yenidən baxılacaq”, – nazir qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir