Yenidoğulmuş uşağın Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə ölməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
www.102info.az