
Bakı.Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri
Andrey Belousovla görüşündə ölkənin müharibəyə hazırlaşdığını
bildirib.
Bu barədə “Pul Pervoqo” Telegram kanalı məlumat yayıb.
“Biz müharibəyə hazırlaşırıq, lakin ondan hər vəchlə yayınmağa
çalışırıq. Nə bizə, nə də sizə müharibə lazımdır. Ancaq müharibənin
baş verməməsi üçün hər zaman hazır olmaq lazımdır”, – deyə
Lukaşenko bunu Rusiya və Belarusun İttifaq qüvvələrinin Belarusun
qərb sərhədləri yaxınlığında yerləşdirilməsini izah edərkən deyib.
bildirib.
Bundan əvvəl , oktyabrın 12-də Lukaşenko qonşu ölkələri ona
“nişangahdan baxmağa” son qoymağa çağırmışdı. O qeyd etmişdi ki,
Minsk Polşa, Litva və Latviya da daxil olmaqla, qonşu ölkələrlə
əməkdaşlıq etməlidir.

