ABŞ Strateji Komandanlığı “Global Thunder 27” təlimlərinə başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Strateji Komandanlığı illik “Global Thunder 27” strateji
nüvə qüvvələri təlimlərinə başlayıb.

Bu barədə ABŞ Müharibə Nazirliyinin bəyanatında bildirilib.




Məlumata görə, təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığını
artırmaq, strateji çəkindirmənin təhlükəsizliyini və effektivliyini
təmin etməkdir. Təlimlər hər il keçirilir və ABŞ tərəfinin
bəyanatına əsasən, hər hansı dövlətin hərəkətlərinə və ya cari
hadisələrə cavab xarakteri daşımır.

ABŞ Strateji Komandanlığı nüvə silahı daşıya bilən strateji
bombardmançılara, 400 “Minuteman III” qitələrarası ballistik
raketinə və hər biri “Trident II D5” raketləri ilə təchiz edilmiş
14 “Ohayo” sinifli nüvə sualtı qayığına nəzarət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir