Azərbaycanda Olimpiya Kompleksinin direktoru həbs edilib – yarım milyonluq yeyinti

Baş səhifə

Bakı. Trend:

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və
mühasibi Vidadi Şirinov həbs edilib.

Trend-in əldə
etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı
“Azəridmanservis” MMC-nin Quba İdman, İstirahət, Təlim və Tədris
Kompleksinin direktoru və mühasibinin qanunazidd əməllərə yol
vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan
vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb
olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
olunublar.




Cinayət işi üzrə vurulmuş ziyanın yarım milyon manatdan çox
olduğu bildirilir.

Dünən, oktyabrın 22-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə
Rəşid Orucov və Vidadi Şirinov barəsində həbs qətimkan tədbiri
seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir