Azərbaycanda son sutkada koronavirus infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan iki nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 809 335 nəfər koronavirusa yoluxub. Onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 640 nəfərdir.
Son gün ərzində 4 442, hazırkı dövrədək isə 7 127 158 test aparılıb.
www.102info.az