“Vaxtı ilə bu islahat keçiriləndə hər məktəbə bir psixoloq təyin olunub. Fərqi yoxdur, 500 şagirdi olan məktəbin də bir psixoloqu var, 4000 şagirdi olan məktəbin də”.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
“Məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişməlidir ki, biz əməkhaqqı sisteminə də yenidən baxa bilək. İndiki mərhələdə bu, ayrı-ayrı adamların əməkhaqqı sualıdır. Amma məktəbin daxilindəki psixoloji keyfiyyətin artması sualı deyil. İkinci olmalıdır ki, birinci baş versin”, – deyə o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az