Uzaq Şərqdə üç vulkan “narıncı” səviyyə alıb. Bu da onların aktivləşməsi səbəbindən aviasiya uçuşları üçün təhlükəli olması deməkdir.
Bu barədə Ümumrusiya Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Elmi-Tədqiqat İnstitutu açıqlama verib.
Məlumatda Uzaq Şərqdə vulkanik aktivliyin intensivləşdiyi qeyd edilir.
“Üç vulkana aviasiya təhlükəsi ilə bağlı “narıncı səviyyə” təyin edilib”, – deyə hesabatda qeyd edilib.
Bununla bağlı Kamçatka bölgəsi və Saxalin vilayətinin rəhbərliyinə təyyarə uçuşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tövsiyələr göndərilib. Eyni zamanda yerli sakinlərə və turistlərə kül püskürməsinin yüksək riskləri barədə məlumat verilməsi tapşırılıb.
Mənbə: MK.ru
www.102info.az