Ukraynada qısa atəşkəs elan edilib

Baş səhifə

Bakı.Trend:

Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-də Moskva vaxtı ilə saat
04:00-dan (Bakı vaxtı ilə saat 05:00) Xerson istiqamətində atəşkəs
rejiminin tətbiq olunduğunu elan edib.

“İnterfaks”ın məlumatına görə, atəşkəs Xerson vilayətinin Aleşki
şəhəri ərazisində humanitar əməliyyatın hazırlanması ilə əlaqədar
elan edilib.




Oktyabrın 23-də ABŞ-nin birinci xanımı Melaniya Trampın
vasitəçiliyi ilə Rusiya və Ukraynanın Aleşki şəhərində lokal
atəşkəs barədə razılığa gəldiyi məlum olub. Ağ Evin məlumatına
görə, atəşkəsin oktyabrın 29-da qüvvəyə minməsi nəzərdə
tutulurdu.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov
daha əvvəl Rusiya qoşunlarının oktyabrın 27-də səhər saatlarında
Xerson istiqamətində atəşkəs rejimi tətbiq edəcəyini
bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir