
Bakı. Trend:
ABŞ gələcəkdə Rusiyadan əlavə həcmdə dizel yanacağı idxal edə
bilər.
Bu barədə ABŞ-nin energetika naziri Kris Rayt açıqlama
verib.
Rusiyadan dizel yanacağı daşıyan yeni tankerlərin ABŞ-yə
göndərilməsinin mümkünlüyü ilə bağlı suala cavab verən nazir belə
bir ssenarinin kifayət qədər real olduğunu bildirib.
“Bu, tamamilə mümkündür”, – deyə Rayt qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə
ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Söhbət zamanı tərəflər bir sıra məsələlərlə yanaşı, neft
məhsullarının tədarükünü də müzakirə ediblər.
Danışıqlardan sonra Putin Moskvanın ABŞ-yə və dünya bazarlarına
neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bir daha
təsdiqlədiyini bildirib.

