Tailandın Konstitusiya Məhkəməsi Baş nazir Prayut Çan-Oçanı vəzifəsindən kənarlaşdırıb.
Bu qərar qanunla müəyyən edilmiş səkkiz illik səlahiyyət müddətinə yenidən baxılması ilə bağlı verilib.
Məhkəmə bununla bağlı qərarını çərşənbə günü mətbuata göndərdiyi bəyanatda açıqlayıb.
Qeyd olunur ki, Tailand konstitusiyası baş nazirin səkkiz ildən artıq vəzifədə qalmasını qadağan edir. Müxalifət partiyaları isə Çan-Oçanın səlahiyyət müddətinin bitdiyini bildirir. Çan-Oçanın tərəfdarları isə onun hazırkı konstitusiyanın qüvvəyə mindiyi 2017-ci ildən baş nazir olduğunu iddia edirlər.
Prayut Çan-Oça 29 avqust 2014-cü ildə rəsmi olaraq baş nazir təyin edilib.
Hökumət rəsmisinin sözlərinə görə, baş nazirin müavini Pravit Vonqsuvanın müvəqqəti olaraq kabinetə rəhbərlik edəcəyi gözlənilir.
Mənbə: ForbesAdvocate
www.102info.az