“Twitter”in istifadəçilərinin şəxsi həyatına, şirkətin səhmdarlarına, milli təhlükəsizliyə və hətta demokratiyaya təhlükə yaradan ciddi təhlükəsizlik problemləri var.
Bu barədə “Twitter” təhlükəsizliyinin keçmiş rəhbəri Piter Zatkonun ABŞ Konqresinə və federal agentliklərə göndərdiyi məktubda qeyd edilib.
Bu ilin yanvarında “Twitter”dən qovulan Zatko 200 səhifəlik bəyanatında deyir ki, “Twitter” həddən artıq çox işçiyə platformanın idarəetmə sistemlərinə və hətta gizli xidmət məlumatlarına çıxış təmin edir. Eyni zamanda, şirkətin bəzi top-menecerləri, onun sözlərinə görə, problemlərin mövcudluğunu gizlətməyə çalışıblar və guya “Twitter”in hazırkı əməkdaşlarından biri və ya bir neçəsi hansısa xarici kəşfiyyata işləyir.
Zatko həmçinin “Twitter”i tərk edən istifadəçilərin məlumatlarının düzgün silinmədiyini bildirir.
Mənbə: CNN
www.102info.az