İrandan şərt – Şərtlərimizi yerinə yetirməsəniz, Hörmüz açılamaycaq

Baş səhifə

Bakı. Trend:

İranın qanuni tələbləri reallaşmadıqca və ABŞ-nin İran əleyhinə
dəniz blokadasına son qoyulmadıqca, Hörmüz boğazı açılmayacaq və
heç bir yekun anlaşma əldə olunmayacaq.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran XİN-in
mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (2 oktyabr) Tehranda
keçirilən mətbuat konfransında deyib.

“İranın tələbləri çox aydın və şəffaf şəkildə bəyan olunub və
məntiqli tələblərdir. Artıq bununla bağlı ABŞ qərar verməlidir.
İranın tələbləri reallaşdıqdan sonra prosesin davam etməsi haqda
danışıqlar aparmaq mümkündür”, -deyə o qeyd edib.




Bəqai əlavə edib ki, diplomatik baxımdan son vaxtlar
vasitəçilərin vasitəsi ilə İran və ABŞ arasında dialoq və müzakirə
əsasında yeni təşəbbüsün başlanması ilə nəticələnib. İranın 7
mərhələli planı çərçivəsində danışıqlar intensivləşib və iki gün
ərzində onun icra edilməsi mümkündür.

“Bu məsələ İranın xoşməramlı strategiyasının göstəricisidir.
İran elan edib ki, tələbləri yerinə yetirildiyi halda qısa müddət
ərzində həm təhlükəsizlik Hörmüz boğazına qayıda bilər, həm də
müzakirələr prosesi başlana bilər. Bütün bu hallar ABŞ-nin prosesin
gələcəyi ilə əlaqədar hansı addımı atmasından asılıdır”, -deyə o
qeyd edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz
ticarəti iflic vəziyyətə düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir