Laçına müvəqqəti komendant təyin olunub

Müharibə

Laçın rayonuna müvəqqəti komendant təyin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.

Oxu.Az-ın məlumatına görə, bu vəzifəyə Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov təyinat alıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir