Kianu Rivzdən tanımadığı bəylə gəlinə xoş sürpriz – FOTO

Maraqlı

Hollivud ulduzu Kianu Rivz yenə sadəliyi ilə gündəm olub. Belə ki, o, Nortemptonşirdə (İngiltərə) tanımadığı cütlüyün toy mərasiminə qatılıb.

Məlumata görə, tədbir aktyorun qaldığı hoteldə keçirilirmiş. Bunu görən Kianu rənarda qalmayıb və onlara yaxınlaşaraq təbrik edib.

“Keanu Rivz çox mehriban idi. O da bizi toyumuz münasibətilə təbrik etdi, bir neçə şəkil çəkdirdik. Sonra o, vaxt tapıb bəzi qonaqlarımızla söhbət etdi, onlarla da şəkil çəkdirdi”, – deyə gəlin bildirib.

Cütlüyün sosial şəbəkələrdə aktyorla bağlı paylaşımları ulduzun pərəstişkarları tərəfindən heyranlıqla qarşılanıb. Bəzi istifadəçilər özləri də həyatda belə təsadüf istədiklərini bildiriblər.

Mənbə: Daily Mail

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir