Bolnisinin azərbaycanlı uşaqları: “Sevincimizin həddi-hüdudu yoxdur” – VİDEO

Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi burada yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstərir və təmənnasız dil kursları təşkil edir.

Bu günə qədər 100-dən çox azərbaycanlı məktəbli mərkəzin xidmətindən istifadə edib, gürcü və ingilis dilində dil biliklərini təkmilləşdirib. 
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları mərkəzdə olub və Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı mərkəzin fəaliyyətinə həsr olunub. 

Mərkəzin pulsuz kurslarına gələn və sertifikatlar əldə edən azərbaycanlı uşaqlar proqrama müsahibə verərək sevinclərini bölüşüblər və bildiriblər ki, bu kurslara böyük maraqları var, kurslar onlara ciddi dil bilikləri qazandırıb və sertifikat alanda sevinclərinin həddi-hüdudu olmayıb.

“Vətən uzaqda deyil” proqramının Bolnisidən hazırlanan buraxılışını təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir