Həkim Şahzadə Diananın həyatının son dəqiqələrindən danışdı – FOTO/VİDEO

Maraqlı

Şahzadə Diana qəzaya düşdükdən sonra hadisə yerinə ilk çatan fransalı həkim Frederik Mayliez ona necə kömək etməsindən danışıb.

Onun sözlərinə görə, hadisə baş verən vaxt – 31 avqust 1997-ci ildə o da “Alma” tunelindən keçirdi. Həkim qəzaya uğramış “Mercedes” markalı avtomobili görüb və köməyə gedib.

“Mən dağıntıların yanına getdim. Qapını açıb içəri baxdım. Dörd nəfərdən ikisi ölmüşdü – nə reaksiya, nə nəfəs yox idi. Sağ tərəfdə olan digər ikisi isə sağ idi, lakin vəziyyətləri ağır idi”.

Maylizin sözlərinə görə, ön oturacaqda oturan kişi bir neçə dəqiqə gözləyə bilərdi, ancaq arxadakı qadının təcili yardıma ehtiyacı var idi – nəfəs ala bilmirdi. Həkim dərhal təcili yardım çağırıb və avtomobilindən nəfəs alma torbası gətirib. Onun sayəsində, şahzadə Diana bir az özünə gəlib, amma yenə də danışa bilməyib.

“Bilirəm ki, bu heyrətamizdir, amma Şahzadə Diananı tanımadım. Mən maşının arxa oturacağında əyləşdim və kömək etdim. Onun çox gözəl olduğunu anladım, amma diqqətim onun həyatını xilas etmək üçün nə etməli olduğuma o qədər yönəlmişdi ki, qadının kimliyini düşünməyə vaxtım olmadı”, – deyə Frederik Mayliz paylaşdı.

Şahzadə Diana Paris xəstəxanasına aparılıb, bundan bir neçə saat sonra orada dünyasını dəyişib. Onunla birlikdə olan Dodi Fayed və sürücü də həlak oldu.

Xatırladaq ki, “Daily Beast”in jurnalistləri faciədən iki il əvvəl şahzadə Diananın özünün avtomobil qəzasında öləcəyi barədə xəbərdarlıq etdiyini bildiriblər.

Mənbə: Daily Mail

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir