
Bakı. Trend:
İranın Kəşfiyyat Nazirliyinin tərkibində iki yeni xidməti –
“Kəşfiyyatın mühafizəsi” və “Siyasi ideologiya” – xidmətləri
yaradılacaq.
Bu barədə İran parlamentinin deputatı Malik Şəriəti Niyasər “X”
sosial şəbəkəsindəki hesabında yazıb.
“Sözügedən iki yeni xidmətin rəhbərləri İranın Ali Lideri Seyid
Müctəba Xameneinin qərarı ilə təyin olunacaq. Eyni zamanda
xidmətlərin rəhbərləri müctehid olmalıdır”, -deyə o qeyd edib.
Şəriəti Niyasər qeyd edib ki, bu xidmətlərin fəaliyyəti
kəşfiyyat nazirinin fəaliyyətinin daha faydalı olması, Kəşfiyyat
Nazirliyinin İranın Ali Lideri ilə tam şəkildə koordinasiya
olunmasına şərait yaradacaq.
Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyində sözügedən
xidmətlərin yaradılması ilə bağlı qanunun 15 noyabrda İran
parlamentində araşdırılacağı gözlənilir.

