Azərbaycanda səfərdə olan İrəvan xanları nəslinin varisi və nümayəndəsi Əmir Əli Sərdari İrəvaninin ailə üzvləri ilə birlikdə Qarabağa səfərindən “Vətən uzaqda deyil” proqramının xüsusi buraxılışı hazırlanıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitənin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı Əmir Əli Sərdari İrəvani Füzuli, Şuşa, Ağdam və Bərdə rayonlarında olub, bir sıra abidələri və tarixi məkanları, eyni zamanda varisi olduğu nəslin nümayəndələrinin məzarlarını ziyarət edib.
Əmir Əli Sərdari İrəvani Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Vətən uzaqda deyil” proqramına eksklüziv müsahibə verib.
Səfərdən hazırlanmış videomaterialı təqdim edirik:
www.102info.az