Kolumbiya və Venesuela diplomatik münasibətləri bərpa edib

Dünya

Kolumbiya və Venesuela üç illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Kolumbiyanın səfiri Armando Benedetti Karakasdakı prezident sarayında Venesuela lideri Nikolas Maduro ilə görüşüb.

Venesuelanın Kolumbiyadakı səfiri Feliks Plasensiya da yaxın günlərdə Kolumbiya prezidenti Qustavo Petro ilə görüşməlidir.

Qeyd edək ki, Venesuela ilə münasibətlərin canlanması məhz Kolumbiyanın yeni prezidenti olan sosialist Petronun seçkiqabağı vədi idi.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir