Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 813 998 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 471 nəfərdir.
Ölkədə son sutka ərzində 4 071, hazırkı dövrədək isə 7 159 317 test aparılıb.
www.102info.az